İki boksçumuz beynəlxalq turnirdə finala vəsiqə qazanıb

A- A A+

Özbəkistanın Fərqanə şəhərində yeniyetmə boksçular arasında İsrailjon Rüstəmovun xatirəsinə həsr olunan beynəlxalq turnirdə yarımfinal döyüşləri keçirilib.

Azərbaycan Boks Federasiyasından NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, 5 ölkədən 164 idmançının qatıldığı yarışda millimizin 4 üzvü final qarşılaşmasına çıxıb. Boksçularımızdan Tağı Nəsibov (50 kq) özbəkistanlı Şahboz Erqaşevlə üz-üzə gəlib. Rəqibini məğlub edən həmyerlimiz finala yüksəlib. Onun uğurunu Məhəmmədəli Aşurəliyev (54 kq) də təkrarlayıb. Murodulla Sunatullayevdən (Özbəkistan) güclü olan millimizin üzvü qızıl medal uğrunda döyüşə vəsiqə qazanıb.

Yığmamızın digər boksçuları Məhəmmədəli Qasımzadə (57 kq) və Ziya Həsənov (66 kq) isə yarımfinalda məğlub olaraq bürünc medalla kifayətləniblər.

Qeyd edək ki, final görüşləri mayın 24-də olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: