Almaniyanın “Bavariya” futbol klubu müdafiəçi Nussair Mazrouini transfer edib.
NUHÇIXAN İnformasiya Agentliyi klubun saytına istinadla xəbər verir ki, 24 yaşlı mərakeşli futbolçu ilə 2026-cı ilin iyununadək müqavilə imzalanıb. Onun “Ayaks”la müqaviləsi başa çatdığı üçün mərakeşli oyunçu Münxen təmsilçisinə azad agent kimi keçib.
Qeyd edək ki, N.Mazroui 2021/2022-ci il mövsümündə “Ayaks”da 34 oyunda meydana çıxıb, 5 qol vurub, 4 qolun ötürməsini edib.