Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının dördüncü turunda “A” qrupunda mübarizə aparan azərbaycanlı qrossmeyster, turnirin ən reytinqli şahmatçılarından olan Eltac Səfərli ukraynalı qrossmeyster Vitaliy Bernardskiylə qarşılaşacaq.
NUHÇIXAN xəbər verir ki, digər görüşlərdə qrossmeyster Nicat Məmmədov Almaniya təmsilçisi İqor Xenkinlə, belaruslu qrossmeyster Aleksey Aleksandrov qazaxıstanlı beynəlxalq usta Pak Yevgeni ilə, qrossmeyster Fərid Abbbasov isə israilli qrossmeyster İlya Smirinlə üz-üzə gələcək.
“B” qrupunda şahmatçımız Rasim Əliyev iranlı həmkarı Cəfər Xamisi ilə, Elnur Teymurov Samir Davidovla, Elvin Bayramov Fariz Əhmədovla, Sadiq Qarayev Təbriz İdrisovla, Şahin Hüseynov isə Emil Mehralıyevlə qarşılaşacaq.
Beynəlxalq Şahmat Festivalının “C” qrupunda isə oyunlar Niyazi Qafarovla Aydan Şükürova, Xanım İsmayılova ilə İlkin Qəbulov, Sadiq Abbbasovla Leyla Quliyeva, Elçin Rzay ilə Əli Zuqanov, Vuqar Babayevlə Firəngiz Tarverdiyeva arasında keçiriləcək.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.