"Roma" klubunun baş məşqçisi Joze Mourinyo tarixi rekorda imza atıb

A- A A+

İtaliyanın "Roma" klubunun baş məşqçisi Joze Mourinyo tarixi rekorda imza atıb. Portuqaliyalı mütəxəssis bu uğura komandasının UEFA Konfrans Liqasının finalında Niderlandın "Feyenoord" klubuna qalib gəlməsi ilə nail olub - 1:0.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, J.Mourinyo tarixdə 4 fərqli klubla avrokubok çempionluğu yaşayan ilk baş məşqçidir. Belə ki, mütəxəssis "Portu" (2003-2004-cü il mövsümü) və "İnter" (2009-2010-cu il) ilə UEFA Çempionlar Liqasının qalibi olub. O, 2016-2017-ci il mövsümündə "Mançester Yunayted" klubu ilə UEFA Avropa Liqasında çempionluq sevinci yaşayıb. J.Mourinyo, həmçinin 2002-2003-cü il mövsümündə "Portu" ilə UEFA kuboku yarışlarının qalibi olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: