Azərbaycanın paraatleti Samir Nəbiyev İsveçrənin Nottvil şəhərində keçirilən Qran-Pri yarışında qızıl medal qazanıb.
Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, idmançı nüvə itələmə növündə 13,02 metr nəticə göstərib. Təmsilçimiz bu nəticə ilə bütün rəqiblərini qabaqlayaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Turnirdə ölkəmizi Oloxan Musayev, Arzuman Paxırov, Nicat Vəlizadə, Rasim Yaxin, Elvin Astanov, Toğrul Hümbətov və Elçin Muradov təmsil edirlər.