“Heydər Əliyev Kuboku” uğrunda minifutbol turnirinə start verilib

A- A A+

Yeni Azərbaycan Partiyası gənc partiya üzvləri arasında “Heydər Əliyev Kuboku” uğrunda minifutbol turnirinə start verilib. 18-35 yaşlı partiya üzvlərini əhatə edən turnirdə kollektivlər Olimpiya sisteminə əsasən mübarizə aparırlar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Ümummilli Liderin anadan olmasının 99-cu ildönümünə həsr olunan yarış Uzunoba Təlim-Məşq İdman Kompleksinin üstüörtülü minifutbol meydançasında keçirilir.

Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyası tərəfindən təşkil olunan yarışın məqsədi ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi, gənc partiya üzvlərinin asudə vaxtlarının səmərəli təşkili və minifutbola olan marağın artırılmasıdır.

Səkkiz komandanın qatıldığı yarışda üçüncülük uğrunda Babək-Şərur, finalda isə Şahbuz-Culfa qarşılaşmaları keçiriləcək. İlk üçlükdəki komandalar mükafatlandırılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: