Bu gün Şotlandiya və Ukrayna milli komandaları arasında 2022-ci il dünya çempionatının pley-off mərhələsinin təxirə salınmış yarımfinal oyunu keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Qlazqo şəhərindəki "Hempden Park" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Görüşü niderlandlı FIFA referisi Denni Makkelli idarə edəcək.
Cütün qalibi finalda Uelslə qarşılaşacaq. İyunun 5-də Kardiffdə baş tutacaq matç DÇ-2022-yə sonuncu vəsiqənin sahibini müəyyənləşdirəcək.
Qeyd edək ki, UEFA Ukraynadakı müharibə səbəbindən yarımfinal və final görüşlərinin vaxtını dəyişmişdi.
DÇ-2022, pley-off mərhələsi, yarımfinal
Təxirə salınmış oyun
1 iyun
22:45. Şotlandiya - Ukrayna
Baş hakim: Denni Makkelli (Niderland)
Qlazqo, "Hempden Park" stadionu
Qeyd edək ki, mundial noyabrın 21-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq.