Şəhriyar Məmmədyarov "Norway Chess" beynəlxalq şahmat turnirinə qələbə ilə start verib

A- A A+

Norveçin Stavanger şəhərində "Norway Chess" beynəlxalq şahmat turnirində birinci turun oyunları keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarovun startda norveçli Aryan Tari ilə qarşılaşması heç-heçə ilə başa çatdığından şahmatçımız rəqibini “armageddon”da məğlub edib. Teymur Rəcəbov isə ABŞ təmsilçisi Uesli Soya uduzub.

Qeyd edək ki, “Norway Chess” turniri mayın 31-dən iyunun 10-dək davam edəcək. Reqlamentə əsasən, qələbəyə görə şahmatçılara 3 xal verilir. Heç-heçə olacağı təqdirdə iştirakçılar qalibi “armageddon”da müəyyənləşdirirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: