Türkiyənin "Fənərbağça" klubu yeni baş məşqçisi Jorji Jezuşla müqavilə imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyi İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 68 yaşlı mütəxəssisin sözləşməsi bir illik nəzərdə tutulub.
Qeyd edək ki, Jorji Jezuş ölkəsində "Benfika"dakı uğurlarına görə tanınıb.