Ordubad məktəbliləri atış təliminə cəlb olunublar - FOTOLAR

A- A A+

Gənclərdə vətənpərvərlik hisslərinin yüksəldilməsində onların ilkin hərbi biliklərə yiyələnmələri mühüm əhəmiyyət kəsb edir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki,  bu məqsədlə Ordubadda ümumtəhsil məktəblərinin şagirdləri atış təliminə cəlb edilib, müvafiq hərbi biliklər aşılanıb.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsi, Rayon Təhsil Şöbəsi və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının birgə təşkilatçılığı ilə keçirilən atış təliminə rayon məktəblərindən 45 şagird cəlb olunub. 

Əvvəlcə hərbi hissənin zabitləri təlimin mahiyyəti və təhlükəsizlik qaydalarını şagirdlərə izah ediblər.

Təlim zamanı şagirdlərə müxtəlif atıcı silahların taktiki-texniki xüsusiyyətləri, əl qumbaralarının atışı, silahla davranış və təhlükəsizlik qaydaları öyrədilib. Sonra məktəblilər avtomatdan praktiki atışlar yerinə yetiriblər.

Aygün Hüseynova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: