Bu gün Azərbaycanın U-21 komandası estoniyalı həmyaşıdları ilə qarşılaşacaq

A- A A+

İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, komandamız səfərdə Estoniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gələcək.

Parnu şəhərindəki “Parnu Rannastadion”dakı qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşü Robert İan Jenkinsin rəhbərliyi ilə uelsli hakimlər idarə edəcək.

Qeyd edək ki, Azərbaycan yığması A qrupunda 7 oyundan sonra 4 xalla 5-ci pillədə qərarlaşıb. 8 qarşılaşmanın hamısında məğlub olan Estoniya isə sonuncu - 6-cı yerdədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: