UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək San-Marino – Malta qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.
NUHÇIXAN İnformasiya Agentliyi AFFA-ya istinadla xəbər verir ki, ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.
Matç iyunun 5-də San-Marinonun Serravalle şəhərində oynanılacaq.