Naxçıvan idmançısı dünya çempionatında 2 medal qazanıb - FOTOLAR

A- A A+

Özbəkistanın Daşkənd şəhərində universal döyüş üzrə dünya çempionatında ölkəmiz 20 nəfərlik heyətlə təmsil edilib. Mötəbər yarışa bütün yaş kateqoriyalarından olan idmançılar qatılıblar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, həmin heyətdə Naxçıvan Kikboksinq Federasiyasının idmançısı Sadiq Kərimov da olub. 14-15 yaşlılar arasında 50 kiloqram çəki dərəcəsi üzrə mübarizə aparan idmançımız “Light” və “Classic” versiyalarda çıxış edib. Sadiq hər iki versiyada bürünc medal qazanmaqla mükafatçılar sırasına düşüb.

Qeyd edək ki, Sadiq Kərimov bundan əvvəl də dünya kuboku və çempionatının qalibi olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: