Uels yığması 64 ildən sonra dünya çempionatında iştirak etmək hüququ qazanıb

A- A A+

Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına Avropa zonasından son vəsiqənin sahibi müəyyənləşib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, komanda pley-off mərhələsinin final qarşılaşmasında Ukraynaya qalib gəlib - 1:0. Matçın 34-cü dəqiqəsində Ukrayna millisinin futbolçusu Andrey Yarmolenko avtoqol müəllifi olub.

Uels millisi ilk və sonuncu dəfə 1958-ci il dünya çempionatında mübarizə aparıb. Həmin vaxt bu komandanın qarşısını dörddəbir finalda Braziliya yığması 1:0 hesablı qələbə ilə kəsib.

Uels yığması dünya çempionatında B qrupunda mübarizə aparacaq. Komandanın rəqibləri İngiltərə, İran və ABŞ olacaq.

Dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: