Azərbaycan millisi Özbəkistan yığmasına qalib gəlib

A- A A+

Bakıda təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 3:2 hesablı qələbə qazanıb.

U-20-in hər üç qolunu biri penaltidən olmaqla Camal Cəfərov vurub. Komandalar arasında növbəti oyun iyunun 7-də keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: