İtaliyanın Kattolika şəhərində şahmat festivalı keçirilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan şahmatçısı Eltac Səfərli 4 turun nəticəsinə görə 3,5 xalla üçüncü pillədə qərarlaşıb. Turnir cədvəlinə 4 xalla Levan Pantsulaia (Gürcüstan) başçılıq edir.
İsveçrə sistemi üzrə keçirilən yarış 9 turdan ibarətdir.