Sentyabrın 20-da UEFA Avropa Liqasının birinci turuna start veriləcək.
NUHÇIXAN xəbər verir ki, Azərbaycanın bu turnirdə yeganə təmsilçisi Ağdamın “Qarabağ” klubu səfərdə “Joze Alvalade” stadionunda Portuqaliyanın “Sportinq” komandasının qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qrupun digər oyunu isə Londonda baş tutacaq. Qrupun favoriti sayılan “Arsenal” klubu doğma meydanda Ukraynanın “Vorska” komandasın qəbul edəcək.
Matçı Fransadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Fransua Leteksiye olacaq. Ona Siril Münyö və Mehdi Rahmuni kömək edəcəklər. Dördüncü hakim funksiyasını Bertran Juanno yerinə yetirəcək. Əlavə köməkçi hakimlər Frank Şnayder və Kərim Abed olacaqlar.
Matçın hakim-inspektoru Bosniya və Herseqovinalı Elmir Pilav, UEFA nümayəndəsi isə çexiyalı Patrik Filipekdir.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.