Yeniyetmələrdən ibarət cüdo millimiz təlim-məşq toplanışına başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, komandamız 32 nəfərlik heyətlə “Judo Club 2012”nin baş məşqçisi Rüstəm Alimlinin rəhbərliyi altında hazırlıq keçir.
Təlim-məşq toplanışının təşkilində məqsəd iyunun 23-26-da Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında keçiriləcək Avropa çempionatında yüksək nəticə əldə etməkdir.
Qeyd edək ki, idmançıların hazırlığı iyunun 17-dək davam edəcək.