Mini-futbol üzrə Azərbaycan milli komandası Avropa çempionatının yarımfinalına yüksəlib

A- A A+

Mini-futbol üzrə Azərbaycan milli komandası Avropa çempionatında yarımfinala yüksəlib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Slovakiyanın Koşitse şəhərində keçirilən yarışda Elşad Quliyevin baş məşqçi olduğu kollektiv 1/4 finalda Slovakiyanı məğlubiyyətə uğradıb - 1:0.

Yeganə qolu 42-ci dəqiqədə Elvin Əlizadə vurub. 49-cu dəqiqədə Vüsal İsayev qırmızı vərəqə alsa da, hesabı sonadək qorumaq mümkün olub.

Millimiz növbəti mərhələdə Qazaxıstan komandası ilə qarşılaşacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: