Daha bir pilot Formula 1 Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşündə mübarizəni dayandırıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Williams” komandasının pilotu Nikolas Latifinin bolidi sıradan çıxıb. İyirmi yeddi yaşlı sürücünün bolidinin mühərrikində problem aşkarlandığı üçün test yürüşünə davam edə bilməyib.
Daha əvvəl “Haas”ın pilotu Mik Şumaxer mübarizəni dayandırmışdı.
Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-dək davam edəcək.İyunun 11-də pilotların düzülüşünü müəyyən edəcək yarış keçiriləcək. Ertəsi gün isə Formula 1 Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşəcək.