Rusiyalı fiqurlu konkisürən Anna Şerbakova da Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisini izləyir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 18 yaşlı Olimpiya çempionu bu barədə rəsmi teleqram kanalında paylaşım edib. İdmançı pit-stop prosedurunun görüntüsünü paylaşıb.
A.Şerbakova “Pekin-2022” Qış Olimpiya Oyunlarında çempion olub. Fiqurlu konkisürən iki dəfə dünya çempionatında da qızıl medala sahib olub.
Qeyd edək ki, Azərbaycan Qran-Prisinə iyunun 12-də yekun vurulacaq.