Şəhriyar Məmmədyarov “Norway Chess” beynəlxalq şahmat turnirində ikinci yeri tutub

A- A A+

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində keçirilən ənənəvi "Norway Chess" şahmat superturnirində ikinci yeri tutub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, son raundda – 9-cu turda Ş.Məmmədyarov Teymur Rəcəbova məğlub olub. Ötən turların yekununa görə, Şəhriyar Məmmədyarov 15,5 xal toplayıb. Teymur Rəcəbov isə 8 xalla 9-cu nəticəni göstərib.

Yarışın qalibi 16,5 xalla hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: