Formula 1 Azərbaycan Qran-Prisində daha bir pilot yarışla erkən vidalaşmalı olub

A- A A+

Formula 1 Azərbaycan Qran-Prisində bolidinin mühərrikində yaranan texniki nasazlıq səbəbindən mübarizəni dayandıran pilotlardan biri də Kevin Maqnussendir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Haas” komandasının danimarkalı sürücüsü 33-cü dövrədə yarışı erkən başa vurmalı olub.

Bununla da mübarizəni dayandıran pilotların sayı 4-ə çatıb. Belə ki, “Ferrari” komandasının pilotları Karlos Sayns 9-cu, Şarl Lekler 20-ci, “Alfa Romeo”nun sürücüsü Cou Quanyu 23-cü dövrələrdə yarışı tərk ediblər.

Formula 1 Azərbaycan Qran-Prisində hər birində iki pilot olan 10 komanda mübarizə aparır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: