Paraüzgüçülük üzrə Azərbaycan yığmasının üzvü Roman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən dünya çempionatında gümüş medal qazanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 28 yaşlı idmançı 100 metr məsafəyə arxasıüstə üzgüçülük yarışında 1 dəqiqəlik nəticə göstərərək finişə ikinci çatıb.
Xatırladaq ki, R.Saley “Tokio-2020” Yay Paralimpiya Oyunlarının üçqat qalibidir.