“Liverpul” klubu heyətini yeni futbolçu ilə gücləndirib

A- A A+

İngiltərənin “Liverpul” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Premyer Liqa təmsilçisi Portuqaliyanın “Benfika” komandasından Darvin Nunesi transfer edib. Bu barədə “Benfika”nın mətbuat xidməti məlumat yayıb.

İngiltərə klubu isə hələ transferi açıqlamağa tələsmir.

“Liverpul” bu transferə görə “Benfika”ya 75 milyon avro ödəyib. Amma bonuslarla bu məbləğ 100 milyon avroya yüksələ bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: