Tələbələr Şahbuza ekskursiya ediblər - FOTOLAR

A- A A+

Muxtar respublikamızın turizm potensialını, tarixi yerlərini gənclərimizə tanıtmaq və təbliğ etmək məqsədilə ekskursiyalar təşkil olunur. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvanı kəşf et” layihəsi çərçivəsində gənclər növbəti dəfə Şahbuzda olublar.

Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə keçirilən layihənin məqsədi Naxçıvanda təhsil alan tələbələrin muxtar respublika ilə bağlı biliklərinin artırılması, doğma diyarımızın görkəmli şəxsiyyətlərinin, tarixinin, mədəniyyət abidələrinin, muzeylərinin, milli adət və ənənələrinin tanıdılmasından ibarətdir.

Ekskursiya çərçivəsində tələbələr ilk olaraq Şahbuz Rayon Tarix-Diyarşünaslıq muzeyində olublar. Bildirilib ki, ekspozisiyada ümummilli lider Heydər Əliyevin və  Prezident İlham Əliyevin Şahbuz rayonuna səfərlərini əks etdirən guşələr, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin, rayondakı yeni quruculuq ünvanlarının fotoları,  eləcə də Şahbuzun füsunkar təbiətini əks etdirən müxtəlif fotoşəkillər və rayonun inzibati-siyasi xəritəsi nümayiş etdirilir. Diqqətə çatdırılıb ki, muzeydə nümayiş olunan eksponatlar rayon ərazisində yaşamış insanların min illər bundan əvvəlki həyat tərzindən xəbər verir.

Sonra xalq şairi Məmməd Arazın doğma kəndi Nursuda yerləşən ev-muzeyində olan gənclər burada şairin müxtəlif illərdə nəşr olunan, eləcə də görkəmli sənət ustasının həyat və yaradıcılığından bəhs edən kitablar, mənalı həyat yolunun müxtəlif dövrlərini əks etdirən əşyalar və fotoşəkillərlə tanış olublar.

 

Aygün Hüseynova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: