Futbolda beş dəyişiklik qaydası daimi əsasda təsdiq olunub

A- A A+

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) futbolda bir matç ərzidə 5 dəyişiklik qaydasını daimi əsasda təsdiq edib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə təşkilatın mətbuat xidməti bildirib.

Bundan başqa, IFAB futbolda ofsaydın avtomatik müəyyən olunması qaydaları üzərində işlədiyini açıqlayıb.

Qeyd edək ki, 2020-ci ildə koronavirus pandemiyası zamanı beynəlxalq futbol təqvimində sıxlıq yarandığı üçün beynəlxalq federasiyalar əvəzetmə sayını üçdən beşədək artırılması barədə razılığa gəlmişdi.

Bu qayda bir müddət eksperimental şəkildə tətbiq olunduqdan sonra daimi əsasda qüvvəyə minib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: