Ağdamın "Qarabağ" klubunun UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, baş məşqçi Qurban Qurbanovun komandası birinci təsnifat mərhələsində Polşanın "Lex" komandasına keçəcəyi təqdirdə növbəti raundda İsveçrə “Sürix”i ilə görüşəcək.
Püşkə əsasən, Azərbaycan çempionu ilk matçını evdə keçirəcək.
Qeyd edək ki, ikinci təsnifat mərhələsinin matçları iyulun 19-20-də və 26-27-də keçiriləcək.