Paraüzgüçümüz Vəli İsrafilov dünya çempionu olub

A- A A+

Azərbaycan Milli Paralimpiya Komitəsinin üzgüçülük üzrə yığma komandasının üzvü Vəli İsrafilov Portuqaliyanın Madeyra şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Komitədən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarının qalibi olan V.İsrafilov 100 metr məsafəyə brass üsulla üzgüçülük yarışında 1 dəqiqə 05,66 saniyəlik nəticə göstərib.

Beləliklə, millimizin dünya çempionatında qazandığı medalların sayı 4-ə çatıb.

Qeyd edək ki, daha əvvəl üzgüçümüz Roman Saley 1 qızıl və 2 gümüş medal qazanmışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: