Kikboksçularımız Türkiyədə beynəlxalq yarışda iştirak edəcəklər

A- A A+

Azərbaycan Kikboksinq Federasiyasının (AKF) “Xocalı” İdman Klubunun 26 idmançısı Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyevlə görüşüblər.

Federasiyadan NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, kikboksçularımız iyunun 16-da “King of kings” yarışında iştirak etmək üçün Türkiyənin Qars şəhərinə yola düşüblər.

AKF-nin prezidenti Orxan Əliyev idmançılara tapşırıqlarını verərək “Xocalı” İdman Klubunun baş məşqçisi Əli Cəfərova idmançıların yarışdan qalibiyyətlə dönəcəyinə inandığını bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: