Gənc dövlət qulluqçuları arasında intellektual oyun keçirilib - FOTOLAR
Naxçıvan şəhərindəki Gənclər Mərkəzində muxtar respublikanın şəhər və rayonlarını təmsil edən 8 komandanın iştirakı ilə "Xəmsə" Milli İntellektual Oyunu reallaşıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, nazirlik tərəfindən təşkil olunan yarışma konseptə uyğun olaraq 5 raunddan – “Bəlli”, “Şərtli”, “Sirli”, “Fərdi” və “Xəmsə”dən ibarət olub. Hər raunda uyğun olaraq iştirakçılar müxtəlif mövzularla bağlı səsləndirilən sualları cavablandırmağa çalışıblar. İki qrupda ayrı-ayrılıqda oyunlar keçirildikdən sonra ilk iki yerin sahibləri əsas mərhələyə adlayaraq mükafatlar uğrunda mübarizəni davam etdiriblər.
Nəticələrə əsasən “Babək” komandası intellekt yarışının qalibi kimi kubok qazanıb. “Şərur” ikinci, “Culfa” isə üçüncü olub. Adıçəkilən komandalara diplom və hədiyyələr təqdim olunub.