Azərbaycan birinciliyi: 9 çəki dərəcəsində dörddəbir finala yüksələn boksçular bəlli olub - FOTOLAR

A- A A+

Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan boks üzrə məktəbli oğlan və qızlar arasında Azərbaycan birinciliyində üçüncü günə yekun vurulub.

Azərbaycan Boks Federasiyasından NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 70 komandanın 369 boksçusunun qatıldığı yarışda bu gün 64 döyüş baş tutub.

Görüşlərdən sonra 9 çəki dərəcəsində 1/4 finalçıların adlarına aydınlıq gəlib. Digər çəkilərdə 1/8, həmçinin 5 çəkidə 1/4 final mərhələsinin qarşılaşmaları iyunun 19-da təşkil olunacaq. Görüşlərə saat 13:00-da start veriləcək.

Qeyd edək ki, yarışın qaliblərinin adları iyunun 22-də bəlli olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: