İddiaçılar turniri: Teymur Rəcəbov Yan Nepomnyaşi ilə heç-heçə edib

A- A A+

İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirində üçüncü turun oyunları keçirilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan qrosmeysteri Teymur Rəcəbov 3-cü turda FIDE təmsilçisi Yan Nepomnyaşi ilə heç-heçə edib.

Qeyd edək ki, şahmatçımız ötən turlarda Əlireza Firuzca (Fransa) ilə heç-heçə edib, ABŞ təmsilçisi Hikaru Nakamuraya uduzub.

Xatırladaq ki, mükafat fondu 500 min avro olan turnir dairəvi sistem üzrə keçirilir və 14 turdan ibarət olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: