Azərbaycanın basketbol yığmasının Ermənistanla matçının vaxtı açıqlanıb

A- A A+

18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının C divizionundakı oyunlarının təqvimi açıqlanıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, B qrupunda yer alan yığma ilk matçını iyulun 25-də Lüksemburqa qarşı keçirəcək.

Bir gün sonra Cəbəllütariqi sınağa çəkəcək komanda iyulun 27-də Ermənistanla münasibətlərinə aydınlıq gətirəcək. Kollektiv qrupdakı son görüşündə isə Moldova ilə üz-üzə gələcək.

C divizionu
B qrupu

II tur, 25 iyul
14:30. Azərbaycan – Lüksemburq

III tur, 26 iyul
19:00. Cəbəllütariq – Azərbaycan

IV tur, 27 iyul
19:00. Azərbaycan – Ermənistan

V tur, 28 iyul
14:30. Moldova – Azərbaycan

Qeyd edək ki, qrupda ilk iki yeri tutan komanda yarımfinala yüksələcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: