“Lex” – “Qarabağ” oyununu İspaniyadan olan hakimlər briqadası idarə edəcək

A- A A+

UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Lex” (Polşa) – “Qarabağ” oyununu İspaniyadan olan hakimlər briqadası idarə edəcək.

NUHÇIXAN İnformasiya Agentliyi AFFA-nın saytına istinadla xəbər verir ki, oyunun baş hakimi Xose Luis Munuera olacaq. Ona həmyerliləri Pau Sebrian Devis və Antonio Ramon Martines Moreno kömək edəcəklər. Dördüncü hakim funksiyasını Xorxe Figeroa Vaskes yerinə yetirəcək.

İyulun 5-də Polşanın Poznan şəhərində eyniadlı stadionda keçiriləcək matç saat 22:00-da başlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: