AFFA 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviçlə vidalaşıb.
NUHÇIXAN İnformasiya Agentliyi AFFA-nın saytına istinadla xəbər verir ki, serbiyalı mütəxəssislə başa çatan müqavilənin müddəti uzadılmayıb.
AFFA Milan Obradoviçə U-21 yığmasında fəaliyyətinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Bildirilib ki, millinin baş məşqçisi vəzifəsinə təyinatla bağlı əlavə məlumat veriləcək.