Cüdo üzrə dünya çempionatı: Azərbaycanın 3 idmançısı mübarizəyə qoşulub

A- A A+

Sentyabrın 22-də Bakıda Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının üçüncü günündə 73 kiloqram çəki dərəcəsində kişilər, 57 kiloqram çəki dərəcəsində isə qadınlar tatami üzərinə çıxırlar.

NUHÇIXAN xəbər verir ki, ölkəmizi bu çəki dərəcələrində kişilər arasında Hidayət Heydərov, Rüstəm Orucov və qadınlar arasında İçinxorlo Munxtsedev təmsil edirlər.

1/32 final mərhələsindən yarışlara başlayacaq idmançılarımızdan Rüstəm Orucov ilk görüşündə Məhəmməd Mohyeldinlə (Misir), Hidayət Heydərov isə Sajjad Sehen (İraq) ilə qarşılaşacaq.

Qadın cüdoçumuz İçinxorlu Munxtsedev isə almaniyalı Amelie Stoll ilə görüşəcək.

Sentyabrın 27-dək davam edəcək çempionatda 125 ölkədən 800-dək cüdoçu mübarizə aparır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: