Konfrans Liqası: "Neftçi"nin "Aris"lə oyunlarının başlama saatı açıqlanıb

A- A A+

“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Kiprin "Aris" klubuna qarşı keçirəcəyi oyunların başlama saatı müəyyənləşib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, "ağ-qaralar"ın ilk matçı iyulun 21-də səfərdə olacaq. "AEK Arena"da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

İyulun 28-də "Bakcell Arena"da təşkil olunacaq cavab qarşılaşması isə saat 21:00-da başlanacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: