Avropa birinciliyi: Cüdoçularımızdan 3-ü finala vəsiqə qazanıb

A- A A+

Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatında 3 idmançımız finala vəsiqə qazanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, cüdoçularımız Şahin Orucov (55 kq) həlledici mərhələdə serbiyalı Matiya Yeremiç, Nizami İmranov (60 kq) macarıstanlı Adam Mayor, Aydan Vəliyeva (48 kq) isveçli Tara Babulfatla üz-üzə gələcək.

Komandamızın digər üzvü Məhəmməd Məmişov (50 kq) isə bürünc medal görüşündə ermənistanlı Gor Safaryanla qarşılaşacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: