İddiaçılar turniri: Teymur Rəcəbov macarıstanlı şahmatçı ilə heç-heçə edib

A- A A+

İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirində 6-cı turun oyunları keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan qrosmeysteri Teymur Rəcəbov növbəti turda macarıstanlı Riçard Rapportla heç-heçə edib.

Qeyd edək ki, şahmatçımız ötən turların nəticəsinə görə, 2,5 xalla 6-7-ci yerləri bölüşür.

Xatırladaq ki, mükafat fondu 500 min avro olan turnir dairəvi sistem üzrə keçirilir və 14 turdan ibarət olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: