Kriştiano Ronaldo "Bavariya"ya keçə bilər

239

İngiltərənin "Mançester Yunayted" futbol klubunda çıxış edən portuqaliyalı hücumçu Kriştiano Ronaldo yay transfer pəncərəsində Almaniyanın "Bavariya" klubunda polşalı hücumçu Robert Levandovskini, komandadan ayrılacağı təqdirdə, əvəz edə bilər.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə İspaniyanın "As" qəzeti xəbər verib.

Mənbəyə görə, Kriştiano Ronaldo "Mançester Yunayted"in növbəti mövsümdə titullar qazanacağına ümidini itirib. Eyni zamanda qeyd olunub ki, portuqaliyalının ətrafı "Bavariya"nın marağından xəbərdardır və belə bir transferə yaxşı baxır.

R.Levandovskinin "Bavariya" ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: