“Qəbələ” klubunun UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində Macarıstanın "Fehervar" komandası ilə keçirəcəyi cavab görüşünün başlama saatı müəyyənləşib.
NUHÇIXAN İnformasiya Agentliyi "Qəbələ"nin rəsmi saytına istinadla xəbər verir ki, cavab oyunu iyulun 28-də Qəbələ şəhər stadionunda təşkil olunacaq. Matç saat 20:00-da başlayacaq.
Qeyd edək ki, iyulun 21-də Macarıstandakı “Mol Arena”da baş tutacaq ilk görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.