"Cəbrayıl" klubu UEFA Region Kuboku yarışında mübarizəni dayandırıb

A- A A+

"Cəbrayıl" futbol komandası UEFA Region Kuboku yarışının ilkin seçmə mərhələnin ikinci qrupunda növbəti oyununu keçirib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, baş məşqçi Cavid Hüseynovun komandası Belarusun "Kolos" klubu ilə üz-üzə gəlib.

Şamaxı şəhər stadionunda keçirilən qarşılaşma "Cəbrayıl"ın 2:6 hesablı məğlubiyyəti ilə bitib.

Komandamızın heyətində Məhəmməd Xəlilov və Rəşad Həmidov fərqləniblər.

Beləliklə, ilk matçda rəqibinə 1:2 hesabı ilə uduzan Azərbaycan təmsilçisi turnirdə mübarizəni dayandırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: