Azərbaycan çempionu "Murov" Xorvatiyanın “Kitro Varazdin” klubu ilə qarşılaşacaq

A- A A+

2022/2023-cü il mövsümündə Azərbaycanı Çağırış kuboku yarışında təmsil edəcək kişi voleybolçulardan ibarət “Murov” klubunun rəqibi müəyyənləşib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mübarizəyə birinci mərhələdən başlayacaq komanda Xorvatiyanın “Kitro Varazdin” klubu ilə qarşılaşacaq.

Mərhələnin ilk oyunları oktyabrın 11-13-də, cavab qarşılaşmaları isə 18-20-də keçiriləcək. Azərbaycan çempionu ilk sınağına səfərdə çıxacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: