İddiaçılar turniri: Teymur Rəcəbov növbəti turda polşalı Yan-Kşiştov Duda ilə mübarizə aparacaq

A- A A+

İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirində 11-ci turun oyunları keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan qrosmeysteri Teymur Rəcəbov növbəti turda polşalı Yan-Kşiştov Duda ilə mübarizə aparacaq.

Qeyd edək ki, şahmatçımız bundan əvvəlki turda FIDE təmsilçisi Yan Nepomnyaşi ilə heç-heçə edib. T.Rəcəbov ötən turlarda 4,5 xal toplayıb. O, bu nəticə ilə 8 şahmatçı arasında 5-ci yerdə qərarlaşıb.

Xatırladaq ki, mükafat fondu 500 min avro olan turnir dairəvi sistem üzrə keçirilir və 14 turdan ibarət olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: