“Qəbələ” klubu 2022/2023-cü il mövsümü üçün yeni formalarını təqdim edib

A- A A+

“Qəbələ” futbol klubu 2022/2023-cü il mövsümü üçün yeni formalarını təqdim edib.

NUHÇIXAN İnformasiya Agentliyi klubun rəsmi feysbuk səhifəsinə istinadla xəbər verir ki, geyim dəstləri ənənəvi olaraq qırmızı və ağ rəngdə hazırlanıb.

Komanda adətən ev oyunlarında qırmızı, səfər matçlarında isə ağ rəngli formalardan istifadə edir.

Qeyd edək ki, “Qəbələ” yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək. Komanda ikinci təsnifat mərhələsində Macarıstanın “Fehervar” klubu ilə qarşılaşacaq. İlk görüş iyulun 21-də evdə, cavab matçı isə 1 həftə sonra səfərdə olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: