3 qat dünya çempionu Hacı Əliyev Naxçıvanda seminar keçib - FOTOLAR

A- A A+

Muxtar respublikamızda müxtəlif idman növlərinin inkişaf etdirilməsi məqsədilə keçirilən taktiki-texniki və nəzəri seminarlar davam etdirilir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu tədbirlərin davamı olaraq, növbəti seminar Naxçıvan güləş məktəbinin yetirməsi, 3 qat dünya və avropa çempionu, eləcə də 2 qat olimpiya mükafatçısı Hacı Əliyev tərəfindən keçirilib.

Seminar Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası, o cümlədən Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşıb. Naxçıvan şəhəri ilə yanaşı, rayon idmançıları və məşqçi heyətinin də iştirak etdiyi seminarda, əvvəlcə bu idman növünün ilkin qaydaları haqqında qısa məlumat verilib. Daha sonra yarış zamanı görüşlərdə yarana biləcək mürəkkəb anlarda düzgün verilən qərarlar praktiki şəkildə göstərilib.

Hacı Əliyev idmançıların mövqe seçimi, zamanında verilən qərarlar, psixoloji məqamlar, o cümlədən digər məsələlərlə bağlı düşüncələrini də məşqçi-müəllim və idmançılarla bölüşüb.

Azər Zeynalov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: