“Qarabağ” klubunun “Lex” ilə oyun üçün Polşaya səfər proqramı bəlli olub

A- A A+

Ağdamın “Qarabağ” futbol klubunun “Lex” komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk oyunu üçün Polşaya səfər proqramı bəlli olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ağdam təmsilçisi Poznana matçdan 2 gün əvvəl - iyulun 3-də hazırda təlim-məşq toplanışında olduqları Avstriyadan birbaşa yollanacaq. Bir gün sonra klubun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı olacaq. Ardınca isə komanda matçın baş tutacağı "Poznan" stadionunda oyun öncəsi son məşqinə çıxacaq.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab matçı isə iyulun 12-də Bakıda olacaq və saat 20:00-da start götürəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: