“Atletiko Madrid” klubu müdafiəçisi Şime Vrsalko ilə yollarını ayırıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Otuz yaşlı futbolçunun başa çatan müqaviləsi yenilənməyib.
Qeyd edək ki, Vrsalko 2016-cı ildən “Atletiko”da çıxış edirdi. Xorvatiya yığmasının da üzvü olan müdafiəçinin karyerasını Yunanıstanın “Olimpiakos” klubunda davam etdirməsi gözlənilir.