“Mançester Siti” klubu qapıçı Stefan Orteqanın transferini rəsmiləşdirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
İyirmi doqquz yaşlı alman qolkiper ilə üçillik müqavilə imzalanıb.
Qeyd edək ki, Orteqanın son klubu “Arminiya” olub. O, bu yay müqaviləsi başa çatdığı üçün klubdan ayrılıb. Oyunçu geridə qalan mövsüm Bundesliqada 33 matça çıxıb.